Azərbaycan kubokunun qalibi 80 min avroluq avtomobildə
19.06.2011 - 19:00
“Xəzər Lənkəran” klubunun heyətində Azərbaycan kubokunun qalibi olan Adrian Skarlatake avtomobilini dəyişib. Apasport.az saytının məlumatına görə, əvvəllər 30 min avroluq maşın sürən 24 yaşlı müdafiəçi Rumıniyaya qayıtdıqdan sonra daha qiymətli nəqliyyat vasitəsi almağa qərar verib.
Bu dəfə “BMW 7”yə üstünlük verən Skarlatake bu maşın üçün 80 min avrosundan keçib. Bununla da o, müqavilə ilə məxsus olduğu Buxarest “Dinamo”sunun avtomobil dayanacağında ən bahalı maşınlarından birinin sahibinə çevrilib.

0
0