“Abşeron”un prezidenti təkzib edir
20.06.2011 - 11:34
“Abşeron” Azərbaycan Premyer Liqasında debüt mövsümünə hazırlıqları bu həftə başlayacaq. Apasport.az-ın xəbərinə görə, bu barədə məlumatı klubun rəsmi saytına açıqlamasında paytaxt təmsilçisinin prezidenti Yaşar Rüstəmov verib.
Hazırda klubun işləri ilə bağlı Türkiyədə səfərdə olan Rüstəmov komandanın gələcək fəaliyyəti ilə bağlı işgüzar görüşlər keçirir.
Sponsorların dəyişməsi ilə bağlı mövzuya toxunan klub prezidenti vurğulayıb ki, komanda əvvəlki tərəfdaşı ilə əməkdaşlığını davam etdirir və yeni sponsorların cəlb edilməsi ilə bağlı danışıqlar aparır. O, həmin sponsorların arasında son vaxtlar ölkə mətbuatında adı hallandırılan "Azərkimya" İB-nın olmadığını vurğulayıb.

0
0