“Qarabağ” ilk transferini reallaşdırdı
20.06.2011 - 11:39
Azərbaycan gənclər yığmasının futbolçusu Bəxtiyar Soltanov karyerasını Ağdamın “Qarabağ” klubunda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 2 illik müqavilə imzalayıb.
Bununla, ölkəmizi Avroliqada təmsil edəcək “Qarabağ” UEFA-ya təqdim etdiyi iştirak ərizəsinə yeni transferinin adını daxil edə bilib. Bəxtiyarı komandanın mövsümlərarası fasilədə ilk transferi saymaq olar.
Qeyd edək ki, Soltanovun indiyədək karyerası yetirməsi olduğu “Bakı” klubuna bağlı olub.
Rüstəm MİKAYILLI

0
0