Dieqo Forlan: “Qalatasaray”a keçidim yalandır
20.06.2011 - 11:53
Uruqvay yığmasının futbolçusu Dieqo Forlan “Qalatasaray” klubuna keçidini təkzib edib. Apasport.az saytının məlumatına görə, Madrid “Atletiko”sunun təcrübəli hücumçusu keçirdiyi mətbuat konfransında “Cim Bom”la müqavilə bağlaması ilə yayılan xəbərlərin yalan olduğunu bildirib: “Daha öncə söylədim, bir daha təkrarlayıram. “Atletiko” ilə 2 illik müqaviləm var. Bu anlaşmanın şərtlərini yerinə yetirəcəyəm. Çünki klubumda və Madriddə çox xoşbəxtəm”.
0
0