Vaqif Cavadovun yeni baş məşqçisi məlum oldu
21.06.2011 - 09:00
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun müqavilə ilə məxsus olduğu Hollandiyanın “Tvente” klubunun yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, Enshede təmsilçisini məşhur Ko Adrianse çalışdıracaq. 63 yaşlı mütəxəssis Mişel Pryudomun gedişindən sonra boş qalan posta yiyələnib.
İlyarımdır “Tvente”yə keçən, lakin bu müddəti ya ehtiyat oyunçular skamyası, ya əvəzedici heyət, ya da icarədə keçirən 22 yaşlı hücumçumuzun taleyinə də Adrianse qərar verəcək. Gələn həftə komandaya təqdim olunacaq çalışdırıcı Vaqifi sərəncamında saxlayıb-saxlamamağı müəyyənləşdirməlidir.
Qeyd edək ki, karyerası ərzində “Porto” və “Ayaks” kimi məşhur klublarda çalışmış Adrianse həm Portuqaliya, həm də Hollandiyada ilin məşqçisi seçilib. Portuqaliya ilə yanaşı, Avstriyada da çempion olan mütəxəssis bir vaxtlar Azərbaycandan da təklif almışdı.

0
0