Qrem Smit: Azərbaycanda oynamağım mümkündür
21.06.2011 - 09:03
Qrem Smit: Azərbaycanda oynamağım mümkündür
“Futbolda hər gün bir yenilik olur. Bu gün burdayam, sabah Azərbaycanda çıxış edə bilərəm. Şübhəsiz ki, bu mümkündür”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şotlandiyanın “Hibernians” klubunun qapıçısı Qrem Smit deyib.

Gələn ay İngiltərədə təlim-məşq toplanışında olacaq “Qəbələ”nin düşərgəsinə baxışa gələcək britaniyalı bunu geriyə addım kimi sayır: “Əlbəttə, indiki halda belə təklif mənim üçün aşağı səviyyə sayılır. Axı mənə birbaşa müqavilə deyil, baxışda olmaq təklif edilib. Bu da son vaxtlar az oynamağımla bağlıdır. Hərçənd yanvarda klubumuz dəyişmək imkanım da var idi. Lakin gözləməyi lazım bildim və indi belə oldu”.