Avropa çempionatı üçün milli komandamızın heyəti açıqlandı
21.06.2011 - 09:19
İyunun 24-26-da yeniyetmə cüdoçular arasında keçiriləcək Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Maltanın Kottonera şəhərində baş tutacaq yarışda yığmamız məşqçilər Rəşad Məmmədov və Rəşad Həsənovun rəhbərliyi altında 15 cüdoçu ilə mübarizə aparacaqlar.
Milli komandamızın heyətində Sadıx Məhərrəmov, Mirsədi Gəncəli (hər ikisi 50 kq), Elbrus Zamanov , İsgəndər Talışınski (hər ikisi 55 kq), Fəqan Quluzadə, Rəşad Rufullayev (hər ikisi 60 kq), Hüseyn Rəhimli, Mixayıl Ananyev (hər ikisi 66 kq), Firuddin Dadaşov (73 kq), Kamran Hüseynov (81 kq), Cəlil Şükürov (90 kq), Çinarə Quliyeva (40 kq), Səkinə Zayirova (44 kq), Nəzakət Məhərrəmova (48 kq) və Əfsanə Hüseynova (52 kq) Avropa çempionatında iştirak hüququ qazanıblar.

0
0