“Minsk”in kapitanı: “Olimpik”i keçməyə borcluyuq
21.06.2011 - 12:28
“Olimpik”in son Azərbaycan çempionatında 4-cü yerdə olduğunu bilirəm. Düzünə qalsa, uzağa uçmaq istəməzdik. Üstəlik, Bakıda hava isti olacaq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Belarusun “Minsk” klubunun kapitanı Andrey Razin deyib.
Avroliqanın I təsnifat mərhələsində Bakının AZAL klubuna, UEFA-nın “Olimpik-Şüvəlan” kimi göstərdiyi komandamıza rəqib olan Minskin eyniadlı təmsilçisinin lideri püşkü dəyərləndirib: “Ola bilsin ki, Baltikyanı ölkələrdən birini rəqib görmək istərdik. Onlar lap yaxınlığımızda yerləşirlər. Ancaq belə deyək, püşkün nəticəsi nə ən yaxşı, nə də ən pisdir”.
Razin ölkəmizə ilk dəfə səfər edəcəyini deyib: “Əvvəllər Azərbaycanda olmamışam. Bakının gözəl şəhər olduğunu bilirəm. Ancaq bizim gözəllik halımız olmayacaq. Avrokuboklardan qələbə gözləyirik. “Olimpik”i keçməyə borcluyuq. Əlbəttə, bundan sonra “Qaziantepspor”la çətin olacaq. Ancaq mümkün olmayan heç nə yoxdur”.

0
0