Qrem Smit: “Qəbələ”nin baxışa çağırmaq təklifinə laqeyd yanaşmıram
23.06.2011 - 15:47
“Həyat davam edir və nəyisə dəyişmək üçün futbolçular qeyri-standart addımlar atmalı olurlar. “Qəbələ”yə keçmək variantım var. Amma hər günün öz hökmü var və hər şey dəyişə bilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şotlandiyanın “Hibernians” klubundan ayrıldıqdan sonra azad agent statusu alan Qrem Smit deyib.
“Qəbələ” klubunun İngiltərədəki toplanış zamanı baxışa çağırdığı qapıçı ölkəmizə gəlmək haqda fikirlərini açıqlayıb: “Azərbaycanlıların mövsüm öncəsi hazırlıqlarına qatılmağım onların məni yaxşı tanıması, mənim də onlara bələd olmağım üçün əla şans olacaq. Toni Adamsın orada nəyəsə nail olmaq üçün gərgin işlə məşğul olduğunu bilirəm. Ora keçməyimlə bağlı öz şəxsi fikrim var, təklifə laqeyd yanaşmıram. Mən hələ də Şotlandiya Premyer Liqasında oynamaq iqtidarındayam. Lakin dünyanı da özüm üçün kəşf etməyin əleyhinə deyiləm”.
Lakin Smit Azərbaycanda problemlə üzləşəcəyini də bilir: “Eşitdiyimə görə, Azərbaycanda milli içki növü çaydır. Mənim kimi qəhvə içən adam üçün isə bu heç də yaxşı başlanğıc deyil. Mən orda peçenyeni çayla içməli olacağam? Çəkimi saxlamaq üçün bundan uzaq durmalıyam”.

0
0