“Olimpik-Şüvəlan”ın taleyi latviyalılara tapşırıldı
23.06.2011 - 16:22
“Olimpik-Şüvəlan”ın taleyi latviyalılara tapşırıldı
Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyunun 30-da keçiriləcək “Olimpik-Şüvəlan” (Azərbaycan) – “Minsk” (Belarus) oyununu idarə edəcək hakimlərin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA Şüvəlan qəsəbəsindəki AZAL stadionunda baş tutacaq oyunu latviyalı Andris Treimanisə həvalə edib. Ona bu matçda köməklik etmək həmyerliləri Haralds Gudermanis və Aleksejs Spasjonnikovsə tapşırılıb. Bakıya IV hakim kimi isə Vadims Direktorenko (Latviya) gələcək.

Qarşılaşmada ədalət təmsilçilərinin işinə macarıstanlı hakim-inspektor Ferenc Szekely qiymət verəcək. Görüşə UEFA nümayəndəsi kimi isə fransalı Patrick Wattebled təyinat alıb.

Qeyd edək ki, Bakı AZAL olsa da, UEFA onun əvvəlki adını göstərir.

Mənbə: affa.az