26 yaşlı “uşağ”ı Bakıya göndərdilər
23.06.2011 - 17:25
Bakının AZAL klubunun Avroliqanın I təsnifat mərhələsinin Belarus təmsilçisi “Minsk”lə ilk oyununu idarə edəcəl Andris Treymanisin kimliyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA-nın Bakıya göndərdiyi latviyalı FİFA referisi 3 ay əvvəl 26 yaşını qeyd etmiş gənc və təcrübəsiz ədalət təmsilçisidir. Bu il yanvarın 1-dən beynəlxalq dərəcə alan Treymanis indiyədək cəmi 2 beynəlxalq qarşılaşma idarə edib.
Martın 25-də Polşa və Litva arasında yoldaşlıq oyununda fit çalan latviyalı meydan sahiblərinin 2:0 hesablı qələbəsinə şahid olub. 23 gün əvvəl isə Farer adaları ilə Şimali İrlandiyanın 21 yaşadək yığmaları arasında görüş də ona tapşırılmışdı. Avro-2013-ün seçmə mərhələsinin bu oyununda qapılara qol vurulmamışdı. Treymanis qonaqların qapısına penalti təyin etməyə imkan tapsa da bu qolla nəticələnməyib.

- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
0
0