Aleksandr Starkov qayıtdı, sabah hazırlıq başlayır
23.06.2011 - 17:39
Sabah “Bakı” klubu növbəti mövsümün hazırlıqlarına start verir. Apasport.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, klubun təlim-məşq bazasında toplanacaq komanda həmin gün bir məşq keçəcək. Saat 18:00-ə təyin olunan məşqdə Nurlan Novruzov və Rəhman Hacıyevdən başqa bütün futbolçuların iştirakı gözlənilir. Nurlan və Rəhman 19 yaşlılardan ibarət yığmamızın düşərgəsində olduqlarından, məşq prosesinə sonradan qoşulacaqlar. 3 gün ərzində davam edəcək toplanışda “Bakı”nın əvəzedici komandasının üzvləri Hacı Əhmədov və Tural Qürbətov da iştirak edəcəklər.
Komandanın latviyalı baş məşqçisi Aleksandr Starkov və onun köməkçiləri artıq Bakıdadırlar. Legionerlər isə bu axşam ölkəmizə dönürlər.
Qeyd edək ki, “Bakı” iyunun 28-də Sloveniyaya yollanaraq, iyulun 10-a kimi orada hazırlaşacaq. 3 yoxlama oyununda rəqiblər yerli “Domjale” (iyulun 2-də), “Neftçi”nin Çempionlar Liqasında rəqibi olan Zaqreb “Dinamo”su (iyulun 5-də) və Türkiyənin “Orduspor” (iyulun 9-da) klubu olacaq.

0
0