Zaqreb “Dinamo”su gücünü zəif rəqibə göstərdi
23.06.2011 - 23:01
Zaqreb “Dinamo”su gücünü zəif rəqibə göstərdi
Çempionlar Liqasının II təsnifat mərhələsində Bakının “Neftçi” klubunun rəqibi olan Xorvatiya çempionu “Dinamo” yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, zaqreblilər aşağı dəstə təmsilçisi “Slaviya”nı sınağa çəkib.

Oyuna Kelava, Vrsaljko, Tonel, Cufre, İbanez, Leko, Badelj, Alispahiç, Sammir, Beçiray, Krstanoviç başlayan “Dinamo” öz gücün oyunu izləməkdə maraqlı olan “Neftçi” nümayəndələrinə gücünü göstərib. Belə ki, bakılıların kaseyini əldə etmək istədiyi qarşılaşma 5:0 hesabı ilə başa çatıb. İyunun ilk hissəsində 4 qol vuran zaqreblilər səviyyə fərqini 45 dəqiqədə göstərib. Krstanoviç 10 və 37, Alispahiç 36, Beçiray 40-cı dəqiqədə fərqlənib.

Baş məşqçi Krunoslav Yurçiç fasilədə bütün komandanı dəyişərək Zelenika, Tomeçak, Ademi, Vida, Paliç, Çago, Calello, Şitum, Kramariç, Rukavina, Sılvestr 11-liyinə şans verib. Paliç 62-ci dəqiqədə matçda son nöqtəni qoyub – 5:0.