Vaqif Cavadov Hollandiyada həmişəki “amplua”sında
24.06.2011 - 08:37
Vaqif Cavadov Hollandiyada həmişəki “amplua”sında
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun müqavilə ilə məxsus olduğu Hollandiyanın “Tvente” klubu mövsümlərarası fasilədə ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Enshede təmsilçisi Tventerand bələdiyyəsinin futbol komandası ilə qarşılaşıb. Tvente bölgəsini təmsil edən müxtəlif komandalardan toplanmış oyunçulardan təşkil edilən yığma Cavadovun klubu qarşısında acız qalıb. Hollandiya vitse-çempionu rəqibini 6:0 hesabı ilə darmadağın edib. “Tvente” hər hissədə bir “11-liy”ə güvənsə də Vaqif 22 oyunçu arasına düşməyib. O, əvvəllər “Tvente”nin düşərgəsində olduğu kimi yenə də heyətdən kənar qalıb.