“Onların çəkiliş apardığını görüb, tam gücümü ortaya qoymadım”
24.06.2011 - 09:09
“1/4 finalda Fransa boksçusu Jeremi Bekku ilə döyüşdə daha çox əziyyət çəkdim. Çünki o mənə uyğun rəqib deyildi. Amma yarımfinalda ingiltərəli Çarli Edvardsı udacağımı bilirdim”. Apasport.az saytının məlumatına görə, bunu boks üzrə Azərbaycan milli komandasının üzvü Salman Əlizadə (49 kq) deyib.
Ankarada keçirilən Avropa çempionatında finala vəsiqə qazanan idmançımız ən yaxşı görüşünü yarımfinalda keçirdiyini deyib: “Edvardsın döyüş tərzi mənim qələbə qazanmağımı asanlaşdırdı.
Avropa çempionatında ən yaxşı görüşümü keçirdim. Bu dəfə yorğunluq da yaranmadı. Finala çıxdığım üçün sevincliyəm”.
Əlizadə qitə çempionatının finalında Rusiya nümayəndəsi Belik Qalanovla görüşəcək. Milli komandamız Avropa çempionatına Rusiya yığması ilə birgə hazırlaşdığından boksçular bir-birlərini yaxşı tanıyırlar: “Təlim-məşq toplanışında bir yerdə idik. Amma rusiyalı boksçular özlərini qorumağa çalışırdılar. Mən də onların çəkiliş apardığını görüb, tam gücümü ortaya qoymadım. Finalda qalib gəlməyə çalışacağam. Bu gücü özümdə hiss edirəm. Ancaq bu idmandır, hər şey ola bilər”.

0
0