Milli komandanın futbolçusu 2 illik həbs cəzası aldı
24.06.2011 - 09:27
Bəhreyn milli komandasının futbolçusu Məhəmməd Hubail həbs olunub. Apasport.az saytının məlumatına görə, o, hökumət əleyhinə mitinqlərdə iştirak etdiyinə görə 2 illik həbs cəzası alıb. Millinin daha bir futbolçusunu həmin ittihamla eyni aqibət gözləyir. Bundan əlavə, Bəhreyn polisi belə hərəkətlərə görə 150-dən çox futbolçu və məşqçiləri şübhəli bilir.
0
0