“Avrokuboklarda yerli oyunçularla nəyəsə nail olmaq çətindir”
24.06.2011 - 11:08
“Biz avrokuboklarda layiqli çıxış etmək istəyirik. Elə bu məqsədlə klubun büdcəsi də artırılıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Ukrayna çempionu “Uraqan”ın baş məşqçisi Sergey Qupalenko deyib.
O bildirib ki, Azərbaycan milli komandasının legionerləri Serjao və Biro Jadenin lideri olduğu klubda braziliyalıların sayı artırılacaq. Bu məqsədlə yenə yığmamızın milliləşdirdiyi cənubi amerikalıların seçiləcəyi istisna deyil. Axı yenilərin Serjao və Biro Jadeylə anlaşması az əhəmiyyət kəsb etmir: “Yerli, ukraynalı oyunçularla istəyimizi həyata keçirməyimiz çətindir. Buna görə də xariciləri dəvət edəcəyik. Bizim məqsədimiz “dördlüy”ə düşməkdən ibarət deyil. Axı bunun üçün təcrübəmiz yoxdur. Amma yaxşı çıxış etməyə çalışacağıq. Bunun üçün braziliyalılar dəvət etsək heç kim əsəbləşməsin”.

0
0