Kamran Ağayev “Makkabi” ilə oyun öncəsi imicini dəyişdi
24.06.2011 - 13:25
Kamran Ağayev “Makkabi” ilə oyun öncəsi imicini dəyişdi
“Xəzər Lənkəran” klubunun kapitanı Kamran Ağayev imicini dəyişib. Apasport.az saytının məlumatına görə, 25 yaşlı qapıçı Avroliqanın II təsnifat mərhələsində Təl-Əvivin “Makkabi” klubu ilə görüşə yeni imicdə hazırlaşır. Yayda havaların isti olmasını nəzərə alan Kamran başını keçəl edib.

Özü də o, saçlarını ilk dəfə belə kəsdirmir. Belə ki, Ağayev hələ 3 il öncə milli komandamızda ilk addımlarını atdığı zamanı başını keçəl etmişdi. Özü də bu, qapıçıya düşmüşdü. Belə ki, Finlandiya yığması ilə səfər oyununda özünü ən yaxşı tərəfdən göstərən Kamran rəqibin zərbələrini məharətlə dəf edirdi. Finlər yalnız 2-ci hissədə penalti zərbəsindən vurduğu qola Ağayevi məyus edərək, minimal hesabla çətin qələbə qazana bildi. Düzdür, “Makkabi” ilə oyuna qədər Ağayevin saçları uzansa da, bu, elə də çox olmayacaq və kapitan bu görünüşdə uğurlu çıxış etməyə çalışacaq.

Qeyd edək ki, “Xəzər Lənkəran” “Makkabi” ilə ilk oyunu iyulun 17-də səfərdə, cavab görüşünü bir həftə sonra Lənkəranda keçirəcək.