“Neftçi”yə qarşı oynadı, “Xəzər Lənkəran”ın düşərgəsinə gəldi
24.06.2011 - 14:11
“Neftçi”yə qarşı oynadı, “Xəzər Lənkəran”ın düşərgəsinə gəldi
Ötən mövsüm Rumıniya çempionu “Otselul” klubunun futbolçusu Çaba Borbeli “Xəzər Lənkəran”ın düşərgəsində yer alıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı rumıniyalı hücumçu komandamızın Avstriyadakı təlim-məşq toplanışına qatılıb. Borbeli ötən mövsüm “Otselul”un heyətində 8 oyun keçirib və 1 qol vurub. Qalaksi təmsilçisi sentyabrda birbaşa Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək ki, Çaba belə imkana malik olmayacaq. Onun “Xəzər Lənkəran”a keçidi reallaşarsa, Avroliqada iştirak edəcək və bu, onun avrokuboklarda debütü olacaq.

Qeyd edək ki, karyerası daha çox vətənində müxtəlif klublarla bağlı olan Borbeli Rumıniya çempionatının yüksək liqasında 92 oyun keçirib və 10 qol vurub. Ölkədən kənarda Macarıstanın “Ferentsvaroş” klubunda oynayan Çaba bizə qarşı oynayıb. Bu, “Otselul”un heyətində “Neftçi” ilə yoxlama oyunu olub.