“Xəzər Lənkəran” Uinston Parksa əvəzləyici tapıb
24.06.2011 - 14:44
“Xəzər Lənkəran” klubu ötən mövsüm bombardiri olan kosta-rikalı futbolçusu Unston Parksa əvəzləyici tapıb. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisi yollarını ayırdığı təcrübəli hücumçunun yerinə portuqaliyalını gətirəcək. Bu, “Braqa” klubunda oynayan adı açıqlanmayan hücumçudur. “Xəzər Lənkəran”ın düşərgəsinə olan 2 rumıniyalı da ön xəttə oyunçularıdır. Bunlar həmyaşıdlar – 31 yaşlı Marius Onofraşla Çaba Borbelidir. “Styaua”dan gələn Onofraş sağ cinah yarımmüdafiəçisi, “Otselul”la ötən mövsüm çempion olan Borbeli hücumçudur. Bəyənilən Onofraşla 1-2 günə müqavilə imzalamaqla transferi rəsmiləşəcək.
Qeyd edək ki, 2002-ci il dünya çempionatının final mərhələsində iştirak edən, Türkiyə yığmasına 1:2 hesabı ilə uduzduqları oyunda qol vuran Parks karyerasını ölkəmizdə davam etdirəcək. “Bakı” müqavilə ilə Rumıniyanın “Timişoara” klubuna məxsus olan, icarə əsasında 1 il ölkəmizdə uğurlu çıxış edən Uinstonu transfer edib.

0
0