“Timişoara”nı Uinston Parksı satmağa məcbur ediblər
24.06.2011 - 15:01
Kosta-Rika milli komandasının sabiq futbolçusu Uinston Parksın “Xəzər Lənkəran”ı “Bakı”ya dəyişməsinin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçunun ölkəmizdə klubunu dəyişməsi Rumıniyanın “Timişoara” klubu ilə bağlıdır.
Məsələ ondadır ki, Parks icarə əsasında ölkəmizdə çıxış etsə də müqavilə ilə Timişoara klubuna məxsusdur. Son ölkə çempionatında 2-ci yeri tutan “Timişoara” isə Rumıniya Futbol Federasiyası tərəfindən ağır cəzaya məhkum olunub. Komanda Çempionlar Liqasına çıxmaq əvəzinə III liqaya göndərilib.
Belə çıxılmaz vəziyyətə düşən timişoaralılar heyətdəki bütün oyunçularını satmağa qərar veriblər. Hər oyunçuya qiymət qoyan “Timişoara” rəhbərliyi qazanacağı pullarla xilas olmağa çalışıb. Bu məqsədlə Parksa 200 min avro qiymət qoyulub. “Xəzər Lənkəran” kosta-rikalını bu pula layiq bilməyərək transfer etməyibsə, “Bakı” Azərbaycan kubokunun ən məhsuldar futbolçusu ilə güclənməyi məqsədəuyğun sayıb.

- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
0
0