“Qalatasaray”ın keçmiş məşqçisi “Xəzər Lənkəran”a gəldi
24.06.2011 - 18:42
“Qalatasaray”ın keçmiş məşqçisi “Xəzər Lənkəran”a gəldi
Avropa Liqasına hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran”ın sıralarına yeni məşqçi cəlb olunub. Apasport.az saytının xəbərinə görə, bu, təcrübəli italiyalı mütəxəssis Ciovanni Melkiorredir.

Karyerası ərzində Türkiyə, Rumıniya və ölkəmizdə də çalışmış 49 yaşlı məşqçi ötən mövsüm Türkiyənin “Qalatasaray” klubuna işləyib. Klubla Melkiorre arasında bir illik razılıq əldə olunub.

lankaranfc.com