Mirça Rednik: Parks bizə hörmətsizlik etdi
24.06.2011 - 23:01
“Uinston Parks nə mənimlə, nə də azarkeşlərlə səmimi davrandı. O, hamımıza qarşı hörmətsizlik etdi”. Bu sözləri apasport.az saytının Avstriyaya ezam olunmuş əməkdaşına açıqlamasına “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik deyib.
“Ağ-yaşıllar” iyunun 20-dən Tirol vilayətinin Fulmpes şəhərciyində Avropa Liqasının hazırlıqlarına başlayıb. Amma toplanış öncəsi kosta-rikalı hücumçu Uinston Parks komandadan ayrılmaq qərarına gəlib.
Məsələyə aydınlıq gətirən Rednikin fikrincə, Parks yeni müqavilə üçün çox pul istəyib: “O, bizimlə yanaşı, gizlicə “Bakı” ilə də danışıq aparırdı. Eybi yox, getsin. Bəzi mətbu orqanlar yazırlar ki, guya Parks mənimlə problemi yarandığı üçün komandadan gedib. Bunlar qətiyyən həqiqətə uyğun deyil. Çünki əsas problem pulla bağlıdır. Mən məşqçiyəm, əgər Maradona da heyəti tərk edirsə, bununla barışmalıyam. Parks həddindən artıq çox pul istədi. Komandanın prezidenti Parksın yerinə 3 hücumçu alacağına söz verib. Artıq ikisi düşərgəmizdədir, biri də tanınmış, Çempionlar Liqasında fərqlənmiş, səviyyəli futbolçudur”.
Hələlik müqavilə bağlanılmadığı üçün yeni futbolçunun adını çəkməyən Rednik bildirib ki, həmin futbolçu vaxtilə Çempionlar Liqasında “Ştutqart”a qol vurub.

0
0