“Dinamo”nun futbolçusu “Neftçi” haqda heç nə bilmir - FOTO
24.06.2011 - 23:11
“Dinamo”nun futbolçusu “Neftçi” haqda heç nə bilmir - FOTO
“Neftçi” haqda hansısa bilgim yoxdur”. Apasport.az saytının xəbərinə görə, bunu Zaqreb “Dinamo”sunun futbolçusu Luis İbanyes deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq Xorvatiya təmsilçisinin müdafiəçisi Azərbaycanın harada yerləşməsindən də xəbərsizdir: “Azərbaycanın harada yerləşməsindən xəbərim yoxdur. Sadəcə, bildiyim odur ki, uzaq səfərə yollanacağıq. Bu qarşılaşmaya ciddi hazırlaşırıq, Qələbəyə ehtiyacımızımız olduğundan, mərhələ keçmək arzusundayıq”.

Xatırladaq ki, "Dinamo" - "Neftçi" matçı iyulun 13-də Zaqreb şəhərində baş tutacaq.