“Xəzər Lənkəran”da qalıb-qalmayacağım hələlik bilinmir”
24.06.2011 - 23:27
“Xəzər Lənkəran”da qalıb-qalmayacağım hələlik bilinmir”
“Təbii ki, “Xəzər Lənkəran” haqda eşitmişəm. Bu komandada bir neçə həmyerlim oynayır. Üstəlik, baş məşqçisi tanınmış mütəxəssis Mirça Rednikdir”. Bu sözləri apasport.az saytına açıqlamasında rumıniyalı futbolçu Çaba Borbeli deyib.

Son mövsümdə vətənində “Otselul”la ölkə çempionu olan Çaba hazırda “ağ-yaşıllar”ın düşərgəsində baxışdadır. O bildirib ki, “Otselul”dan ayrılmasına heyətdəki qruplaşma səbəb olub: “Komandamızda qruplaşma var idi. Baş məşqçi Dorinel Muntyanu da mənə müntəzəm oynamaq şansı vermirdi. İndi “Xəzər Lənkəran”dayam. Bu komandada qalıb-qalmayacağım hələlik bilinmir. İnşallah, yaxşı olar”.