Vəli Qasımov: İki standart vəziyyətdən qol buraxdıq
24.06.2011 - 23:34
Vəli Qasımov: İki standart vəziyyətdən qol buraxdıq
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vəli Qasımov Daşkənddə Özbəkistana məğlubiyyətdən sonra oyunla bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, çalışdırıcı 2:4 hesablı məğlubiyyətə belə şərh verib: “İlk görüşlə müqayisədə bu dəfə yaxşı oynadıq". Topu özümüzdə saxlamağı bacardıq. Ancaq rəqib yaratdığı qol imkanlarından yaxşı istifadə etdi. İki standart vəziyyətdən qol buraxdıq”.