“Qarabağ”ın rəqibi öz meydanında məğlub oldu
25.06.2011 - 00:15
“Qarabağ”ın rəqibi öz meydanında məğlub oldu
Litva çempionatında XVI turun oyunlarına start verilib. Apasport.az saytının xəbərinə görə, "Qarabağ"ın Avroliqada rəqibi olan "Banqa" öz meydanında "Jalgiris"lə qarşılaşıb.

Oyun qonaqların qələbəsi ilə yekunlaşıb. Yeganə topu 60-cı dəqiqədə Astrauskas vurub.

Məğlubiyyətdən sonra "Banqa" 16 oyundan 22 xalla 5-ci pillədə qalıb. "Jalgiris" isə 33 xalla 2-ci pilləyə yüksəlib. Turnir cədvəlinə 36 xalı olan "Ekranas" başçılıq edir.