Canluka Pavanello: “Bakı” gələcəyi düşünən bir klubdur
25.06.2011 - 09:35
“Bakı” klubu və İtaliyanın idman geyimləri istehsalçısı “Macron” şirkəti arasında 2 illik texniki sponsorluq müqaviləsi imzalanıb. Apasport.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, “Bakı”nın təlim-məşq bazasında baş tutan mərasimdə paytaxt təmsilçisinin vitse-prezidenti Zeynal Məmmədovla “Macron”un idarə heyətini sədri Canluka Pavanello anlaşmaya imza atıblar. Pavanellonu ölkəmizə işgüzar səfəri zamanı şirkətin milli və beynəlxalq satış meneceri Stefano Mazzardo və Türkiyə təmsilçisi Nəcməddin müşayiət edirdilər. Əldə olunan razılaşmaya əsasən, “Macron” 2011-13-cü illər mövsümündə “Bakı”nın bütün komandalarını idman geyimləri ilə təmin edəcək.
Məmmədov imzalama mərasimindən sonra bu müqavilənin klubumuz üçün xeyirli olacağına inandığını söylədi: “Bu gün dünyanın aparıcı şirkətlərindən biri ilə texniki sponsorluq haqqında müqavilə imzaladıq. Ümidvaram ki, növbəti mövsüm “Macron” formasında çıxış edən komandalarımız bizi və azarkeşlərimizi sevindirəcək və daha böyük uğurlar qazanacaqlar”.
Pavanello Azərbaycanda ilk olaraq “Bakı” ilə anlaşmadan məmnun qaldığını bildirdi: “Bakı”nın iddialı bir klub olduğunu bilirik. Əminəm ki, seçimimizdə yanılmamışıq. Klubun təlim-məşq bazası ilə tanış oldum və bildirmək istəyirəm ki, burada gördüklərim mənim üçün tam bir sürpriz oldu. Bu fantastikadır. “Bakı” gələcəyi düşünən, gənc nəsillərə şans yaradan bir klubdur. Bunun nəticəsini yaxın zamanlarda görəcəyik. Əlimizdən gələni edəcəyik ki, bu gün gözəl salonda imzalanan müqavilə “Macron” və “Bakı” futbol klubu üçün düşərli və xeyirli olsun”.
Qeyd edək ki, 1971-ci ildə əsası qoyulan “Macron” İtaliyanın ən köklü geyim şirkətlərindən biridir və qurumun baş qərargahı Bolonya şəhərində yerləşir. Dünyanın bir çox aparıcı ölkələrinin futbol, basketbol, voleybol klubları və milli komandaları “Macron”un ən müasir texnologiyalar əsasında hazırlanmış formalarında çıxış edirlər.

0
0