“İnter” yeni baş məşqçisinin adını açıqladı
25.06.2011 - 09:52
İtaliyanın “İnter” klubu yeni baş məşqçisinin adını rəsmən açıqlayıb. Apasport.az saytının məlumatına görə, ötən mövsüm “Cenoa” klubunun çalışdırmış Canpyero Qasperini ilə “1+1” sxemi ilə müqavilə imzalanıb. 53 yaşlı italyan mütəxəssis ildə 1,2 milyon avro alacaq. Qasperini “İnter”in rəhbərliyi italyan Fabio Kapello və portuqaliyalı Andre Villaş-Boaşla razılığa gələ bilməyəndən sonra əsas namizəd olub. O, “Cenoa”nı 2007-ci ildə A seriyasına çıxarıb, 2 il sonra isə komanda ilə çempionatda 5-ci yeri tutub. Bu, “Cenoa”ya Avroliqada çıxış etməyə imkan yaradıb.
Qeyd edək ki, “İnter” ötən mövsüm sonunda İtaliya çempionatının gümüş medalı qazandıran braziliyalı baş məşqçisi Leonardo ilə yollarını ayırdı.
Qeyd edək ki, “İnter” ötən mövsüm sonunda İtaliya çempionatının gümüş medalı qazandıran braziliyalı baş məşqçisi Leonardo ilə yollarını ayırdı.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0