“Çelsi”dən Arda Turana şok təklif
25.06.2011 - 10:05
Londonun “Çelsi” klubu “Qalatasaray”ın kapitanı Arda Turanın keçidi ilə faks göndərib. Apasport.az saytının məlumatına görə, London təmsilçisi bir müddətdir maraqlandığı “Cim Bom”un və Türkiyə milli komandasının 24 yaşlı yarımmüdafiəçisi üçün rəsmən 14 milyon avro təklif etməsi şok effekti yaradıb. Daha öncə komandada qalacağını açıqlayan Arda cəlbedici təklifdən sonra rəhbərliyə İngiltərəyə getmək istəyini bildirib. Transferdə bütün planlarını Turanın qalması üzərinə quran “Qalatasaray” rəhbərliyi futbolçunu razı salmaq üçün yenidən işə girişməli olub.
Arda transferlə meneceri Əhməd Bulutla görüşüb: “Belə bir fürsət insanın ayağına hər zaman gəlməz. Baş məşqçimiz Fatih Terim komandada qalmağımı çox istəyir, ancaq “Çelsi”yə “yox” deməz ki…”.
Qeyd edək ki, Turanın “Çelsi”yə keçidində yaxında onun idman direktoru postuna keçəcək Türkiyə milli komandasının hollandiyalı baş məşqçisi Qus Hiddink böyük rol oynayır.

0
0