Amit Quluzadə: Türkiyə klubu ilə 3 illik müqavilə imzaladım
25.06.2011 - 10:26
“Neftçi”nin futbolçusu Amit Quluzadənin Türkiyənin “Erciyyespor” klubuna keçidi rəsmiləşib. Bu haqda apasport.az saytına ötən gecə Bakıya qayıdan Amitin özü məlumat verib. Milli komandamıza da cəlb olunan 19 yaşlı yarımmüdafiəçi Kayseri təmsilçisi ilə “2+1” sxemi ilə 3 illik müqavilə imzaladığını bildirib: “Şükürlər olsun ki, istəyimə çatdım və karyeramı Türkiyədə davam etdirəcəyəm. “Neftçi” “Erciyyespor”a keçidimə imkan yaratdı və kompensasiya istəmədi. Buna görə “Neftçi”nin prezidenti Sadıq Sadıqova minnətdaram. Vətənə bir neçə günlük qayıtmışam. İyunun 29-da Türkiyəyə, yeni klubumun düşərgəsinə yollanıb, hazırlıqda iştirak edəcəyəm”.
Vaxtilə Türkiyə Superliqasında oynayan “Erciyyespor” son illərdə Bank Asiya I divizionda çıxış edir. Ötən mövsüm Superliqaya qayıtmaya yaxın olan, 3-cü yeri tutan komanda növbəti ildə məqsədinə çatmağa iddialıdır. Azərbaycanlı futbolçular Türkiyə I divizionunda legioner sayılmadığından, Amitin limitlə bağlı problemi olmayacaq.
Qeyd edək ki, Quluzadə qışda düşərgəsində yollandığı “Fənərbaxça”nın əvəzedici komandasında oynamaqdan imtina etdiyindən, müqavilə imzalamamışdı. Karyerası yetirməsi olduğu “Neftçi”yə bağlı olan Amit “Erciyyespor”da oynayacaq ilk azərbaycanlı futbolçu kimi tarixə düşdü.
Mehman SÜLEYMANOV

0
0