“Abşeron” həm sponsor axtarır, həm də baş məşqçi
25.06.2011 - 10:29
Başa vurduğumuz mövsümdə sərgilədiyi futbol və qazandığı nəticələrlə hamını yaxşı mənada təəccübləndirən bir "Abşeron" vardı. Mirbağır İsayevin rəhbərlik etdiyi kollektiv rahatlıqla həm premyer-liqaya vəsiqə qazandı, həm də çempion oldu. Özü də heç bir oyunda yenilgi üzü görmədən.
"Abşeron" bu aralar da futbol ictimaiyyətini təəccübləndirməkdə davam edir. Amma bu dəfə dırnaqarası anlamda. Yarımada təmsilçisinin ətrafında yaşananlardan baş çıxarmaq demək olar ki, mümkünsüz hala gəlib. Bu qarışıq atmosferdə kimin yalan, kimin doğru dediyi bəlli deyil.
"Abşeron" da daxil olmaqla, istənilən klub elitaya yüksəldikdən sonra onun ətrafında "göbələklər"in peyda olması normal haldı. Hazıra nazir olmaq istəyi ilə yaşayan o qədər adam var ki. Belələri üçün birinci divizion "qara iş" anlamı daşıyır, hansı ki, həmin vaxt komandanın yanında olmağı özlərinə rəva bilmirlər. Amma elə ki, komanda birinci divizionda uğur qazandı, onda hərə əlinə bir "tilov" alıb, yan-yörədən "qarmaq atmağa" başlayır.
Xatırlayırsızsa, "Abşeron" düşərgəsini, daha doğrusu, baş məşqçi Mirbağır İsayevi tədirgin edən ilk xəbər Türkiyədən gəldi. Hələ mövsüm başa çatmamış "Bakı"da çalışdığı dönəmdən tanıdığımız Cüneyt Biçər mətbuata açıqlamasında "Abşeron"la danışıq apardığını dolayısı ilə təsdiqlədi. Lakin sonradan nə oldu, nə keçdisə, bu söhbət bağlandı. Amma Biçər olayı "Abşeron" rəhbərliyinin Mirbağır bəylə vidalaşmaq niyyətində olduğunu büruzə verdi.
Bir neçə gün öncə "Abşeron" barədə yeni iddialar ortaya çıxdı. Yayılan xəbərlərdə debütantın Sumqayıta köçərək "Azərkimya"nın himayəsinə girəcəyi və komandaya İqor Ponomaryovun rəhbərlik edəcəyi bildirilirdi. Lakin bu söz-söhbətin ortaya çıxmasından təxminən 10 gün ötsə də, iddialar gerçəkləşməyib. Üstəlik, indi "Azərkimya"nın "Abşeron"a pul ayırmaq istəmədiyi və sponsor tapa bilməyən klubun dağılmaq üzrə olduğu söylənilir. Özü də bu şayiə yox, Mirbağır bəyin dilindən çıxan sözdü. Baş məşqçi açıqlamasında bildirib ki, klubun prezidenti Yaşar Rüstəmov ona zəng edərək deyib ki, "Abşeron" yaşayası olmadı.
Nə qədər qəribə də olsa, həmin Rüstəmov klubun rəsmi saytına açıqlamasında hazırda komandanın gələcək fəaliyyətilə bağlı Türkiyədə işgüzar səfərdə olduğunu və "Abşeron"un həftəsonu hazırlıqlara start verəcəyini bildirib. Sponsorların dəyişməsiylə bağlı mövzuya toxunan klub prezidenti qeyd edib ki, komanda əvvəlki tərəfdaşıyla əməkdaşlığını davam etdirir və yeni sponsorların cəlb edilməsiylə bağlı danışıqlar aparır. Özü də onların arasında "Azərkimya" yoxdu.
İndi ortaya bir sual çıxır: "Abşeron"un prezidenti futbol ictimaiyyətini aldadır, yoxsa Mirbağır İsayevi? Təbii ki, Rüstəmovun rəhbərlik etdiyi klubun rəsmi saytı vasitəsi ilə yalandan "Abşeron" hazırlıqları bərpa edir" deməsi inandırıcı görünmür. Bu daha çox İsayevi "mədəni şəkildə" yola salmağa bənzəyir. Mirbağır bəy özü də açıqlamasında bildirib ki, rəhbərlikdən səs-soraq yoxdu və ümumiyyətlə, komanda deyilən bir şey qalmayıb.
Başverənlərdən belə nəticə çıxarmaq olur ki, "Abşeron" rəhbərliyi hazırda həm sanballı sponsor axtarır, həm də təcrübəli bir baş məşqçi. İsayevə gəlincə, o, vaxtını boşa verməsə, yaxşıdı. Çünki rəhbərlik açıq-aşkar onunla yola davam etmək istəmir.
Şamo

0
0