İlk oyunda heç-heçə
25.06.2011 - 22:45
“Xəzər Lənkəran” Avstriyada təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar”ın mövsümlərarası fasilədə ilk rəqibi Almaniya təmsilçisi “Dinamo” (Drezden) olub.
Oyun Fulmpes şəhərciyindəki “Neustift Stubaital” meydançasında baş tutub. Cənub təmsilçisi qarşılaşmaya bu heyətlə çıxıb.
Kamal Bayramov, Elnur Allahverdiyev (k), Elvin Beçiri, Andrey Mureşan, Manuel Skarlatake, Rahid Əmirquliyev, Katalin Doman, Dieqo Souza, Elnur Abdullayev, Marius Onofraş, Çaba Borbeli.
Ötən mövsüm III liqadan II Bundesliqaya vəsiqə qazanmış Drezden təmsilçisinin bu qarşılaşmada qalib gələcəyi proqnozlaşdırılsa da, tam heyətlə məşqləri yenicə bərpa edən “Xəzər Lənkəran” almanların bu istəyini gözündə qoyub. Adətən standart vəziyyətlərdən qol vurmağa çalışan “Dinamo”nun səyləri nəticəsiz qalıb. Bəzi futbolçularının yorğun olmasına baxmayaraq, təmsilçimizin də hesabı açmaq şansı olub.
Bununla belə, avstriyalı hakimlərin idarə etdiyi qarşılaşmada qol səsi çıxmayıb.
Qeyd edək ki, hər iki komanda 90 dəqiqə ərzində baxışda olan futbolçuları sınaqdan keçirib. “Ağ-yaşıllar”ın da heyətində yeni futbolçu var ki, onun adını bilsək belə, adını mətbuata açıqlamaq məqsədəuyğun deyil.

0
0