Azərbaycan “Qızıl top”un sahibini müəyyənləşdirəcək
25.06.2011 - 11:13
UEFA “Qızıl top” mükafatına əvəzləyici tapıb. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu bu ildən yenidən Avropanın ən yaxşı futbolçusunu müəyyənləşdirəcək. “Qızıl top” FİFA-nın bayrağı atına keçəndən sonra ötən il təsis olunmadı. UEFA Fransanın məşhur “France Football” nəşrinin təsis etdiyi bu mükafata yeni tərəfdaş kimi Avropanın İdman Mətbuatı Assosiasiyasını (ESM) seçib. Bununla da gələcək mükafat bu 2 qurum müəyyənləşdirəcək.
Avropanın ən yaxşı futbolçusu UEFA-nın üzvü olan 53 ölkənin idman jurnalistləri tərəfindən müəyyənləşəcək və hər 1 ölkə, o cümlədən Azərbaycan 1 səs vermək hüququna malikdir. İlk mərhələdə hər səs verən ötən mövsüm üçün 3 namizədini açıqlayacaq. İkinci mərhələdə ən çox bal toplayanlar və münsiflər heyətinin 53 üzvü Monakoda mükafatlandırma mərasimində görüşəcək. Orada onlayn rejimdə elektron səsvermə ilə mövsümün ən yaxşı futbolçusu müəyyənləşərək, adı açıqlanacaq.

0
0