Massimo Moratti Rövnəq Abdullayevə Zanettinin formasını hədiyyə etdi
25.06.2011 - 11:50
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev İtaliyanın tanınmış neft sahibkarı, «Saras S.p.A» korporasiyasının sahibi, Milanın “İnter” klubunun prezidenti Massimo Moratti və onu müşayiət edən şəxslərlə görüşüb.
Apasport.az saytının məlumata görə, səfər neft sahəsində əməkdaşlıqla bağlı olsa da, hər iki prezidenti futbol da bağlayır. Moratti uzun illərdir “İnter”in sahibi kimi tanınırsa, Abdullayev əvvəl “Neftçi”nin, 2008-ci ilin martından AFFA-nın prezidentidir.
ARDNŞ-in inizbati binasında keçirilən görüşdə Abdullayev son illər Azərbaycanda gedən sürətli sosial-iqtisadi yüksəlişdən danışıb, bu inkişafın hərəkətverici qüvvələrindən olan neft-qaz sənayesində əldə olunan nailiyyətlərə toxunub. O, “SOCAR Trayding”in “Saras” şirkəti ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu yüksək qiymətləndirib.
Abdullayev “Saras”la SOCAR arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açıldığını qeyd edərək, bu əməkdaşlığın qarşıdakı illərdə daha da dərinləşəcəyinə əminliyini bildirib.
ARDNŞ-ı ilbəil inkişaf edən beynəlxalq səviyyəli bir şirkət kimi yaxşı tanıdıqlarını deyən qonaq əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını ifadə edib. Sonra tərəflər arasında neft işi və futbol ilə əlaqədar qarşılıqlı maraq doğuran məsələlərin geniş spektri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Abdullayevlə Moratti bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər. AFFA prezidenti milli komandamızın, italiyalı həmkarı isə “İnter”in argentinalı kapitanı Xavyer Zanettinin formasını qarşı tərəfə bağışlayıb.

0
0