Milli komandanın futbolçuların qiyamçıların tərəfinə keçdilər
25.06.2011 - 13:03
Milli komandanın futbolçuların qiyamçıların tərəfinə keçdilər
Son vaxtlar Liviyada baş verən siyasi hadisələrə futbol adamları da biganə qalmayıb. Apasport.az saytının məlumatına görə, bu ölkənin 17 aparıcı futbolçusu və məşqçiləri qiyamçıların tərəfinə keçdiklərini bəyan ediblər. Onlar arasında Liviya yığmasının məşhur qapıçısı Cuma Qtat və milli komandanın daha 4 futbolçusu verib. Onlar ölkə başçısı Muammer Qəddafini hakimiyyətdən əl çəkməyə çağırıblar.

Qiyamçılar Qəddafinin ölkədə qalmasına etiraz etmirlər. Bir şərtlə ki, o və ətrafındakıları hakimiyyəti xal tərəfindən seçilən şəxslərə təhvil versinlər. Bunadəksə qiyamçılar Liviyanı 40 ildən idarə edən Qəddafinin ölkəni tərk etməsini təkid edirdilər.