“Azərbaycanlı transferimiz də Boludakı təlim-məşq toplanışına qatılacaq”
25.06.2011 - 14:06
Türkiyənin “Erciyyespor” klubu “Neftçi”nin futbolçusu Amit Quluzadəni transfer etdiyini rəsmən açıqlayıb. Apasport.az saytının məlumatına görə, Banks Asiya I liqada çıxış edən Kayseri təmsilçisi müqavilə imzaladığı 6 yeni futbolçunun birinin Amit olduğunu bəyan edib. Klubun mətbuat katibi Şadi Böyükkeçəçi klubun bazasında təşkil olunan imzalanma mərasimində anlaşdıqları, danışıqlar apardıqları futbolçuların adlarını çəkib: “Komandanın özəyini qururuq. İyunun 29-da məşqlərimiz bazamızda başlayacaq. İyulun 13-də Boluya təlim-məşq toplanışına yollanacağıq. Anlaşdığımız azərbaycanlı futbolçu Amit də 29-da bizə qatılacaq”.
Qeyd edək ki, Quluzadə yeni klubu ilə 3 illik müqavilə imzalayıb. 19 yaşlı yarımmüdafiəçi milli komandamızın da üzvü sayılır.
Qeyd edək ki, Quluzadə yeni klubu ilə 3 illik müqavilə imzalayıb. 19 yaşlı yarımmüdafiəçi milli komandamızın da üzvü sayılır.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0