Qızlarımızdan ardıcıl 2-ci böyük hesablı məğlubiyyət
25.06.2011 - 14:29
Almaniyanın Münhen şəhərində təşkil olunmuş Ka-Cup turnirində iştirak edən Azərbaycanın 17 yaşlı qızlardan ibarət yığma komandası bu gün növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, almaniyalı Sisi Raytın çalışdırdığı yığmamız İsveçrənin “Sürix” komandasına 0:4 hesabı ilə uduzub.
Bu, turnirdə 3-cü matçımız olub və hələ ki qalib gələ bilməmişik. Raytın yetirmələri ilk oyunda İsveçrə təmsilçisi ilə görüşərək, “Sent Qallen”lə 1:1 hesablı bərabərliyə qalıb. Yığmamız bundan sonra Almaniyanın “Wacker Munchen” komandasına da böyük hesabla yenilib – 2:5.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0