İlham Əliyev Massimo Morattini qəbul edib
25.06.2011 - 15:14
İlham Əliyev Massimo Morattini qəbul edib
Bu gün Azərbaycan prezidenti İlham Əliyev İtaliyanın “İnter” futbol klubunun prezidenti və sahibi Massimo Morattini qəbul edib. Apasport.az saytının məlumatına görə, görüşdə Azərbaycanda idmanın inkişafı sahəsində görülən işlərdən danışılıb, ölkəmizin beynəlxalq səviyyədə idmanla bağlı əldə etdiyi uğurlar qeyd edilib. Azərbaycanın beynəlxalq idman əlaqələrinin genişləndirilməsi işinə töhfə verdiyi vurğulanıb.

Qeyd edək ki, ölkəmizdə işgüzar səfərdə olan Moratti tanınmış neft sahibkarıdır. O, dövlət başçımızın qəbulundan öncə ARDNŞ və AFFA prezidenti olan Rövnəq Abdullayevlə görüşmüşdü.