Appya Azərbaycana gəldi
25.06.2011 - 15:39
Gəncənin “Kəpəz” klubu baxışa legionerlər dəvət edib. Apasport.az saytının məlumatına görə, komanda 4 afrikalı futbolçunu sınayır. Bunlardan 1-i Nigeriya, 3-ü Qanadandır. Nigeriyalı Patrik Mondeyin 20 yaşı var və hücumçusudur. Qanalılardan 29 yaşlı Beblye Qardiner mərkəz müdafiəçisi, 23 yaşlı Odilet Qodson dayaq yarımmüdafiəçisi mövqeyində, 22 yaşlı Nana Yav Appya orta sahədə oynayır. Bunlardan sonuncu Qana yığmasının liderlərindən olan Stefan Appyanın adaşıdır və onun kimi yarımmüdafiəçidir.
Baş məşqçi Mehman Allahverdiyev yaxın vaxtda dəvət olunacaq daha bir neçə futbolçunu sınayacaq. Artıq komandanı bir ayara gətirərək, ilk məşqə çıxaran Allahverdiyevin yeni transferləri yerli futbolçulardır. Bunlar AZAL-dan qapıçı Elşən Poladov, “Turan”dan müdafiəçi Elnur Abbasov, “Muğan”dan yarımmüdafiəçi Zaur Əsədovdur.
Qeyd edək ki, son 4 ildə “Gəncə” kimi çıxış edən komanda ötən mövsüm bitəndən sonra “Kəpəz” adını qaytardı.

0
0