AZAL “Minsk”lə ev oyununun akkreditasiyasına başlayır
25.06.2011 - 16:29
AZAL “Minsk”lə ev oyununun akkreditasiyasına başlayır
AZAL Avroliqanın I təsnifat mərhələsində Belarusun “Minsk” klubu ilə ev oyununa akkreditasiyaya başlayır. Bakı təmsilçisinin mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifovun apasport.az saytına verdiyi məlumata görə, iyunun 30-da Şüvəlan Qəsəbəsində AZAL stadionunda keçiriləcək görüşü işıqlandırmaq üçün istəyən mətbuat nümayəndələri iyunun 27-də müraciət edə bilərlər: “Akkreditasiya bir gün olacaq – iyunun 27-də olacaq. Media nümayəndələri həmin gün saat 12:00-dən 18:00-a qədər klubumuzun ofisinə müraciət edə bilərlər. Hər mətbu orqana 2 akkreditasiya verilməsi nəzərdə tutulub. Bunlardan biri müxbir, digəri fotomüxbir üçün olacaq”.

Qeyd edək ki, AZAL – “Minsk” oyunu saat 20:00-də başlayacaq.