“Əsas məqsədim “Ərciyyəspor”da möhkəmlənib, daha yaxşı komandaya keçməkdir”
25.06.2011 - 17:16
“Əsas məqsədim “Ərciyyəspor”da möhkəmlənib, daha yaxşı komandaya keçməkdir”
"Türkiyədə "Neftçi" ilə birgə təlim-məşq toplanışında olanda "Ərciyəsspor" klubunun mənimlə maraqlandıqları xəbərini eşitdim. Sonra "Neftçi" və "Erciyesspor"un rəhbərliyi arasında danışıqlar oldu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyənin “Ərciyyəspor” klubunun yeni transferi Amit Quluzadə deyib. “Neftçi”nin yetirməsi olan 19 yaşlı futbolçu Bank Asiya I Liqa təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. Amit deyib ki, "Neftçi" ilə müqaviləsi bitmədiyindən, onu buraxmaya bilərdilər: “Lakin Türkiyədə oynamağım üçün hər cür şərait yaratdığına görə klub prezidenti Sadıq Sadıqova dərin minnətdarlığımı bildirirəm. "Ərciyəsspor"la 3 illik müqaviləyə imza atmışam. Öyrəndim ki, "Ərciyəsspor"un ötən mövsüm Superliqaya vəsiqə qazanması üçün cəmi 3 xalı çatmayıb və iddialarını davam etdirəcəklər. Çalışacağam qardaş ölkədə Azərbaycanı layiqincə təmsil edim. Əsas məqsədim "Ərciyəsspor"un heyətində möhkəmlənib, sonra isə daha güclü komandaların heyətində çıxış etməkdir".

Qeyd edək ki, "Neftçi" ilə "Ərciyəsspor" arasında bağlanmış anlaşmaya əsasən futbolçu Türkiyə Bank Asiya 1-ci liqasındakı oyunların ən azı 50 faizində iştirak etməlidir. Əks halda, anlaşma pozulacaq.

Mənbə: neftchifc.com