Mirça Rednik: “Dinamo” ilə oyun yaxşı məşq oldu
25.06.2011 - 23:50
Mirça Rednik: “Dinamo” ilə oyun yaxşı məşq oldu
“Deyərdim ki, yaxşı məşq oldu. Biz hələ yeni toplaşmışıq”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik deyib.

Cənub təmsilçisi Avstriya toplanışı çətçivəsində ilk yoxlama matçında qüvvəsini sınayıb. Almaniyanın II Bundesliqa komandası Drezden “Dinamo”su ilə qolsuz heç-heçədən sonra rumıniyalı mütəxəssis fikirlərini açıqlayıb: “Futbolçular fiziki cəhətdən hazır deyil. Nəzər alaq ki, bu gün meydana çıxan futbolçularımızın bir çoxu ötən mövsüm əsas heyətdə oynamayıblar. Bununla belə, komandanın çıxışından razı qaldım. Düşərgəmizə qarşıdakı günlərdə daha bir neçə futbolçu gələcək. Ümidvaram ki, heyəti istədiyimiz kimi formalaşdıra biləcəyik”.