“Neftçi” Rumıniya və Slovakiya klubları ilə qarşılaşacaq
26.06.2011 - 00:32
“Neftçi” Rumıniya və Slovakiya klubları ilə qarşılaşacaq
"Neftçi" bu gündən Çempionlar Liqasının II təsnifat mərhələsində Zaqreb "Dinamo"su ilə oyunlara hazırlığı bərpa edəcək. Apasport.az saytının xəbərinə görə, “ağ-qaralar” səhər saatlarında klubun bazasında məşq keçəcəklər.

Komanda iyunun 27 və 28-də gündə iki dəfə hazırlıq keçməyi planlaşdırır. Bundan sonra "Neftçi" təlim-məşq toplanışı keçmək üçün Avstriyaya yollanacaq.

Artıq Avstriyadakı sınaqçı rəqiblər də bəllidir. Belə ki, təmsilçimiz ilk yoxlama matçında Slovakiya çempionu “Viktoriya” ilə üz-üzə gələcək. Növbəti rəqiblər isə “Trepka” (Slovakiya) və “Kluj” (Rumıniya) olacaq.