Arif Əsədovla Nazim Süleymanov UEFA kurslarına qatıldılar
28.06.2011 - 10:11
İyunun 27-dən etibarən Bakı şəhərində UEFA-nın Pro kateqoriyalı lisenziya kurslarının ilkin mərhələsi start götürüb. Apasport.az saytının məlumatına görə, isveçrəli mütəxəssis Frits Şmidin rəhbərlik etdiyi kursların bu mərhələsində yüksək səviyyəli futbolda müasir tələblər, koordinasiya, sürət, güc, partlayışlı güc, dözümlülük, bərpa, reabilitasiya, zədələrə qarşı profilaktika və qidalanma mövzularında məşğələlər keçiriləcək. Kursların bu mərhələsi iyulun 2-də yekunlaşacaq.
Qeyd edək ki, kurslara qatılanlar sırasında Arif Əsədov (Neftçi), Nazim Süleymanov (AZAL), Vladislav Qədirov (Rəvan), Vəli Qasımov (milli komanda və U-19), Yaşar Vahabzadə, Babək Alxasov (U-21), Təbriz Həsənov (U-17) kimi mütəxəssislər də var.
Mənbə: affa.az

0
0