Yığmamızın Almaniyada ilk heç-heçəsi
29.06.2011 - 08:50
Yığmamızın Almaniyada ilk heç-heçəsi
Almaniyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Nikolay Adamın yetirmələri “TGS Juegesheim” klubunun U-17 komandası ilə yoldaşlıq oyununda qüvvəsini sınayıb. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, millimiz Almaniyadakı ilk 2 oyunda “Kikker Offenbax”a 0:4, “Viktoriya Aşaffenburq”a 1:3 hesabı ilə uduzmuşdu.

Mənbə: affa.az