“Qəbələ” yarımfinalda dayandı
01.07.2011 - 12:35
Ukrayna paytaxtı Kiyevdə “Obolon” turnirində yarımfinal oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, qrup mərhələsini uğurla adlayan “Qəbələ”nin 13 yaşa kimi futbolçulardan ibarət komandası finala çıxmaq şansını dəyərləndirə bilməyib.
Yarımfinalda “Zvezda” (Kiyev) ilə qarşılaşan təmsilçimiz 1:3 hesabilə məğlub olub. “Qəbələ”nin yeganə qolunu Murad Məmmədxanov hesabına yazıb. Bugün Hüseynqulu Quliyevin yetirmələri turnirdə son oyunlarını keçirəcəklər. Üçüncülük uğrunda mübarizə aparacaq “Qəbələ”nin rəqibi “Kiyev” olacaq.

0
0