Viktor İqbekoyi həm təəssüflənir, həm də inanır
01.07.2011 - 12:49
“Biz “Minsk”lə görüşdə heç də pis oynamadıq. Yetərincə qol epizodu yaratdıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında AZAL-ın yarımmüdafiəçisi Viktor İqbekoyi deyib. Avroliqanın I təsnifat mərhələsində “Olimpik-Şüvəlan” adı altında çıxış edən paytaxt klubu “Minsk” ilə evdə 1:1 hesablı heç-heçə edib.
Oyunda hesabı rəqib futbolçu açsa da, cəmi 3 dəqiqə sonra İqbekoyi tablodakı rəqəmləri eyniləşdirməyi bacardı. Nigeriyalı legioner yaradılan epizodları dəyərləndirə bilməməklərinə görə təəssüflənir: “Əgər həmin epizodları düzgün dəyərləndirsəydik, hesab fərqli olacaqdı. Ən azı 4 qol vura bilərdik ki, bu da səfər oyununa rahat yollanmağımıza gətirib çıxaracaqdı. Ancaq bu futboldur. Hər cür nəticə ilə qarşılaşmaq mümkündür”.
Minskdəki cavab oyununa nikbin əhval-ruhiyyədə yollanacaqlarını qeyd edən Viktor səfərdə mərhələ adlayacaqlarına inanır: “Çalışacağıq ki, Minskdəki oyunda yaxşı nəticə qazanıb, mərhələ adlayaq. Bunu bacaracağımızı düşünürəm”.

0
0