Aqil Nəbiyev: Bunu bacarsaydıq, 6:1 hesabı ilə qalib gələcəkdik
01.07.2011 - 13:12
Aqil Nəbiyev: Bunu bacarsaydıq, 6:1 hesabı ilə qalib gələcəkdik
“Minsk”lə oyunda heç nədən qapımızdan erkən qol buraxdıq. Yaxşı ki, vaxtında toparlanıb, hesabı bərabərləşdirdik”. Bu fikirləri apasport.az saytına açıqlamasında AZAL-ın kapitanı Aqil Nəbiyev deyib. Avroliqanın I təsnifat mərhələsində “Minsk” ilə öz meydanında heç-heçə edən (1:1) təmsilçimiz oyunun gedişində hesabda geri düşsə də, tezliklə bərabərlik qolunu vurmağa nail oldu.

Aqil 2-ci hissədə daha yaxşı çıxış etdiklərini qeyd edib: “İkinci hissədə daha yaxşı oynadıq. 4-5 qol imkanımız oldu ki, istifadə edə bilmədik. Bunu reallaşdırsaydıq, bu gün 5:1, 6:1 hesablı qələbə qazanacaqdıq. Hələ məsələnin həll olmadığını düşünürəm. Cütün qalibinin kim olacağını cavab oyununda biləcəyik”.

Hücumçuların qol şanslarını boşa verməsinin onların zəif olması ilə bağlamayan müdafiəçi bəxt amilini də qabartdı: “Hücumçuların zəif olduğunu deyə bilmərəm. Bu gün şanssız anlar yaşadıq. Futbolda belə şeylər olur. Həm də bu gün Belarus çempionatı davam edir. Rəqib futbolçular formadadır. Ancaq biz mövsümlərarası fasilədə güclü rəqiblə yoldaşlıq oyunu belə keçirməmişik”.