“Qarabağ”ın futbolçuları zirvədə “at oynadır”
01.07.2011 - 13:19
Ağdamın “Qarabağ” klubunun futbolçuları avrokuboklarda bombardirlər yarışında liderlik edirlər. Apasport.az saytının hesablamalarına görə, 1994-cü ildən başlayan qitə miqyasındakı tariximizdə ən sərrast oyunçular sırasında ilk 4 yer “Qarabağ”ın futbolçularına məxsusdur. Özü də onlar eyni zamanda milli komandamızın üzvləridir.
Bombardirlər yarışına başçılıq edən millimizin kapitanı Rəşad Sadıqovla yarımmüdafiəçi Əfran İsmayılov Avroliqanın I təsnifat mərhələsində Litvanın “Banqa” klubuna səfərdə 4:0 hesabı ilə qalib gəldikləri oyunda qol vura bilmədilər. Əfran hər 5 qolunu Avroliqanın ötən mövsümündə vurub. Sadıqov isə buna 2 komandada - 2007, 2008-ci illərdə “Neftçi”də (3 qol), 2009-da “Qarabağ”ın heyətində (2 qol) imza atıb. Müdafiə xəttinə başçılıq edən Rəşad Litvada 90 dəqiqə oynadısa, Əfran zədə üzündən adı heç matçın protokoluna daxil edilmədi. Əvəzində Sadiqovla Nadirov vurduqları qollarla həm cütün taleyini həll etdilər, həm də şəxsi göstəricilərini yaxşılaşdırdılar. İndi onların hər ikisinin hesabında avrokuboklarda 4 qol var.
Maraqlıdır ki, Vüqara səfər oyunları daha çox düşərlidir. Təsadüfi deyil ki, 24 yaşlı hücumçu avrokuboklarda hər 4 qolunu rəqib meydanında vurub. Bunlar Avroliqada Hollandiyanın “Tvente” (1:3), Polşanın “Visla” (1:0) klubuna hərəyə 1, “Banqa”ya 2 qoldur. Yeri gəlmişkən, Vüqar millimizdə hər 2 qolunu da səfərdə, daha dəqiq desək, Qazaxıstan yığması ilə rəsmi oyunlarda vurub.
Sadiqov isə qolların yarısını “Neftçi”də, yarısını “Qarabağ”da vurub. 28 yaşlı yarımmüdafiəçi 2008-ci ildə “Neftçi”nin heyətində İntertoto kubokunda Slovakiyanın “Nitra” (2:0) və Rumıniyanın “Vaslui” klubları ilə (2:1) Bakıdakı görüşlərdə fərqlənib. “Qarabağ”ın hazırkı kapitanı ötən mövsüm “Visla”ya Bakıda 3:2 hesabı ilə qalib gəldiyimiz oyunda da qol vurub. Göründüyü kimi, Rəşad ilk dəfə avrokuboklarda səfərdə vurub və o, Litvadakı görüşdə hesabı açıb.
Oyunda son nöqtəni qoyan “Qarabağ”ın yeni transferi Bəxtiyar Soltanov isə debütündəcə fərqləndi. 22 yaşlı yarımmüdafiəçi “Bakı”nın heyətində avrokuboklarda, Çempionlar Liqasında iştirak etsə də, qol vura bilməmişdi.
Qeyd edək ki, bombardirlər yarışında 4 qol vuran daha bir futbolçumuz isə artıq xeyli vaxtdır karyerasını bitirib. Söhbət yığmamızın milliləşdirilən gürcü hücumçusu Badri Kvaratsxeliyadan gedir. Artıq məşqçiliklə məşğul olan 46 yaşlı Kvaratsxeliya hər 4 qolunu 2000-ci ildə “Şəmkir”in heyətində Çempionlar Liqasında vurub.
Avrokuboklarda bombardirlərimiz (ən azı 4 qol vuranlar)
Rəşad Sadıqov, Əfran İsmayılov (hər ikisi “Qarabağ”) - 5
Rəşad Sadiqov, Vüqar Nadirov (hər ikisi “Qarabağ”), Badri Kvaratsxeliya (“Şəmkir”) – 4
Mehman SÜLEYMANOV

0
0